Cəmiyyət

Soyadlarla bağlı təcili dəyişiklik edilməlidir – Təklif

 

“Milli intibah prosesi gedir. Güney Azərbaycandakı soydaşlarımızın hüquqları, Qərbi Azərbaycandakı torpaqlarımız məsələsi bunu göstərir. Hesab edirəm ki, başqa bir addım da atılmalıdır”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, son 30 ildir müzakirə edilən soyad məsələsi var: “Əslində söhbət soyad dəyişilməsindən də getmir, şəkilçidən gedir. Əgər 30 il əvvəl bu proses başlansaydı indi hamı milli soyad daşıyırdı.

Təklif edirəm ki, 2023-cü il yanvarın 1-dən etibarən yeni doğulan körpələrə soyad verilərkən milli soyad sonluğu qoyulsun, yəni “ov”dan imtina edilsin”.

Tacxeber.com

Oxşar xəbərlər

Ülviyyə Əlinin həbsdə səhhəti pisləşib

admin

Yayılan qripi sağaldan dərman apteklərdə tapılmır – Qutusu 45 manatdır

redaktor

AFFA-nın qanunsuz qərarı ört-basdır etmək cəhdləri

admin