26 C
Bakı
21 İyun 2025 12:48
Dünya

Rusiya çökür, KTMT-dən çıxmalıyıq – Qriqoryan

 

Rusiya həqiqətən də dünyada heç kim üçün maraqlı deyil. Ermənistanın isə dünyanın gözü qarşısında süqut etməkdə olan imperiya ilə əlaqələrini kəsməyə hər cür əsası və imkanı var. Üstəlik biz gördük ki, Rusiya nəinki Qarabağı, heç Ermənistanı da müdafiə etməyə hazır deyil. Biz hamımız Rusiya ilə əlaqələrin sonunu yaxınlaşdırmalıyıq.

Bunu erməni analitik Qalust Qriqoryan deyib.

“Ermənistan “Rus müstəmləkəçiliyindən qurtulmaq” layihəsini Kremlə açıq və kütləvi nümayiş etdirməlidir. İndi toplaşıb Rusiya hərbi bazasının Gümrüdən, ölkəmizin isə Aİİ, KTMT və MDB-dən çıxarılmasını tələb etməliyik. Ermənistan AB və NATO-ya doğru getməlidir. Və bizim bu yolda getməyə kömək etməyə hazır olan dostlarımız var – Fransa və ABŞ. Çətin olacaq. Lakin başqa çıxış yolu yoxdur. Rusiya ilə bərabər olmaq ölümə bərabərdir”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada səfərbərlik üçün yaş həddi 65 olacaq

admin

18 yaşlı milyonçunu məşhur universitetlər rədd edir

redaktor

Ukrayna Rusiyanın neft anbarını vurdu. Ruslar 4 gündür söndürə bilmirlər

admin