26 C
Bakı
13 Avqust 2025 05:06
Gündəm

Damladan Talıbovdan yüksək qonorar almasına – Reaksiya

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Seymur və Rza Talıbovların müğənnilərə bahalı hədiyyə və yüksək məbləğdə qonorar verməsi haqqında xəbərlər yayılıb. Onların sırasında müğənni Damlanın da adı çəkilir. Seymur Talıbovun Damlaya konserti müqabilində yüksək qonorar verdiyi iddia olunur.

Tacxeber.com xəbər verir ki, məsələ ilə bağlı Damlanın meneceri Şəhriyar Abışov Teleqraf.com-a açıqlamasında yayılan məlumatlara münasibət bildirib:

“Biz o adamı tanımırıq. Naxçıvanda “Saat Meydanı”nda konsertimiz olub. Konsert təşkilatçılar vasitəsiylə həll edilib, qonorar da ənənəvi qaydada verilib. Bir günlük konsert proqramı ilə çıxış etmişik və qayıtmışıq. Ümumiyyətlə, biz onu tanımırıq. Bizdə telefon nömrəsi belə yoxdur. O adamla üz-üzə də gəlməmişik”.

Qeyd edək ki, Missiya.az saytında Vasif Talıbovun övladlarının Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırdığı vurğulanıb. Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. Damlanın Naxçıvanda konserti bu ilin iyun ayında baş verib.

Tacxeber.com

Oxşar xəbərlər

Ac olanda əlləriniz əsir və ürək döyüntüləriniz artır? – Bu 3 problemlə bağlı ola bilər

redaktor

Yenidən qapanmalar olacaq? – ÜST rəsmisi CAVAB VERDİ

redaktor

Normadan çox su içmək sağalmaz xəstəliyə səbəb olur

redaktor