Gündəm

“Vasif Talıbov soyuducuda olanları çantasına doldururdu, dedim, nə edirsən? Hırıldayırdı…”

“Vasif Talıbovla Naxçıvana getmişdik. Bizi Süleyman Dəmirəl qarşıladı. “Şeraton” hoteldə qaldıq. Orada baş verənlər yadıma düşəndə ətim ürpənir…”

Tacxeber.com-ın xəbərinə görə, bunu Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı “TV Müsavat”ın efirində bildirib.

“Bilirsiniz, həmin hotel brenddir, nə istəsən, soyuducuda var. Nəsə götürdünsə, həmin an yenisini qoyurlar. Vasif Talıbov soyuducunu açırdı, içindəkiləri çantasına doldururdu. Soyuducu dolanda, yenə eyni qaydada edirdi. Dedim, sən nə edirsən? Hırıldayırdı… Düşündüm ki, bu adam Azərbaycanı rəzil edir. Dedim, daha mən bununla qalmıram”, – N.Pənahlı qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

İmtahanda 59 bal toplayan şəhid anasının çıxışı maraqla qarşılandı – Video

redaktor

“Rusiya 5 soydaşımızın qətlə yetirilməsi ilə bağlı ciddi cavab verməlidir…- Bu, bir millətin ləyaqət məsələsidir…”

redaktor

Trampa təcili atəşkəs və Ukraynanı istismar edən saziş lazımdır.

admin