16 C
Bakı
27 Sentyabr 2025 20:45
Dünya

Rusiya taktikanı dəyişir – “Müharibə iki-üç il çəkə bilər”

 

“Müharibə iki-üç il uzana bilər, çünki Rusiya münaqişəni dondurmaq istəyir və bunun üçün müəyyən resursları var”.

Bunu ukraynalı hərbi ekspert Sergey Zqurets deyib.

Ekspert hesab edir ki, gələn il müharibədə həlledici olacaq:

“Ukraynanın davamlı hücum potensialı tərəfdaşlarımızın hərbi yardımının müntəzəmliyi və etibarlılığından asılıdır. Çünki bu yardım Ukraynanın ehtiyatlarına təsir edir. İndi elə bir vəziyyətdəyik ki, Ukrayna və düşmən növbəti döyüş əməliyyatları üçün qüvvə toplayır”.

Zqurets Ukrayna ordusunun uğurlu hücum əməliyyatları ilə NATO-nun hərbi yardımının həcmi arasında korrelyasiya görür:

“İstisna etmirəm ki, hərbi əməliyyatlar ən azı iki-üç il davam edə bilər. Çünki Rusiyanın hərbi texnika baxımından hələ də kifayət qədər resursu var. Buna görə də, Rusiya daha az effektivlilik dərəcəsi ilə hərbi əməliyyatları uzada bilər. Ancaq bu, yeganə ssenari deyil. Məncə, gələn il müharibədə kifayət qədər önəmli olacaq. 2023-cü ildə hücum əməliyyatlarının uğurlu olması müttəfiqlərin köməyindən asılı olacaq”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski niyə qarderobunu yenilədi – dizaynerindən açıqlamalar

redaktor

Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət…

redaktor

Ramzan Kadırovun nümayəndəsi bu şəhərdə HƏBS EDİLDİ

redaktor