Hadisə

Qarabağ qazisi cinayət törətdi

Qarabağ qazisi cinayət törətdi

 

Gəncədə qonşusuna xəsarət yetirən şəxs saxlanılıb.

Tacxeber.com-ın məlumatına görə, hadisə dekabrın 27-si saat 11 radələrində baş verib. Şəhər sakini 1990-cı il təvəllüdlü, Davud İsmayılov xuliqanlıq zəminində qonşusu Kamran Eminovu bıçaqla vurmaq istəyərkən zərbə orada olan Kamranın anasına dəyib. Əl nahiyəsindən bıçaq xəsarəti alan qadın xəstəxanaya aparılıb.

D.İsmayılov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, D.İsmayılovun 2-ci Qarabağ Müharibəsinin qazisi, 3-cü qrup əlil olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan yanır: Bakı, Sumqayıt, Gədəbəy… – Təxribat, yoxsa ehtiyatsızlıq?

admin

Bakıda sürücü “moyka”nın qarşısında qəfil öldü – VİDEO

admin

Qarabağ avantürasının simalarından biri – Zori Balayanın ardında qalanlar

redaktor