10 C
Bakı
27 Mart 2026 15:56
Cəmiyyət

Sərhədi pozanlar saxlanıldı

Sərhədi pozanlar saxlanıldı

 

Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 (beş) nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.

Bu barədə məlumat Dövlət Sərhəd Xidmətindən (DSX) verilib.

Bildirilib ki, onlar DSX və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saxlanılıblar.

Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib? – RƏSMİ AÇIQLAMA

redaktor

“Yazılanlardan xəbərsizəm,biz öz işlərimizlə məşğuluq” -Əvəz Qocayev

admin

Kəramət Böyükçölün hakimiyyəti öyən məqaləsi aranı qatdı – AXCP ilə yazıçı arasında gərginlik

admin