Dünya

Ukrayna Təhlükəsizlik Xidməti – “Oliqarxlar silah götürüb səngərə getməli olacaqlar”

 

Ukraynalı oliqarxlar lazım gələrsə, əllərinə silah alıb səngərlərə getməli olacaqlar.

Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sədri vəzifəsini icra edən Vasili Malyuk deyib.

Onun sözlərinə görə, hazırda zəngin insanlar UTX-nın ciddi nəzarəti altındadır.

“Onlardan bəziləri indi dindirilməyə gedir. Lazım gələrsə, onlar da silaha sarılmalı və səngərdə yan-yana dayanmalı olacaqlar”, – deyə TASS Malyukdan sitat gətirir.

O, oliqarxların hamı ilə eyni vətəndaş olduğunu vurğulayıb. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə müxalif “ovu” davam edir

admin

Putin Ukraynanın Rusiyaya hücumlarının vurduğu ziyandan danışıb

redaktor

Rusiyanın Hind okeanına quru yolu planı yenidən gündəmdə

redaktor