Gündəm

Hulusi Akar: “Türkiyə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini bir daha dəstəkləyir”

Hulusi Akar: "Türkiyə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini bir daha dəstəkləyir"

 

“Hər zaman dediyimiz kimi, Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini dəstəkləyirik”.

Tacxeber.com“Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İtaliyanın “Messaggero” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, döyüşlərin uzanması Ukraynadakı müharibənin miqyasının genişlənmə riskini artırır. H.Akar bildirib ki, müharibə uzandıqca həm Rusiyanın, həm də Ukraynanın itkilərini kompensasiya etmək imkanları çətinləşir.

Nazir Ukrayna ilə Rusiya arasında toqquşmanın ilk günündən etibarən Türkiyənin fəal siyasət yürütdüyünü vurğulayıb: “Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin səylərinin ən əhəmiyyətli nəticələrindən biri bütün dünyanı təhdid qarşısında qoyan ərzaq böhranının qarşısının alınması oldu. Məqsədimiz toqquşmadan bəri hər iki tərəfin ilk dəfə bir araya gəldiyi İstanbul müzakilərini davam etdirməkdir”.

Tacxeber.com

Oxşar xəbərlər

Mehbalıyevin oğlu və Əli Həsənovun kürəkəni olan keçmiş polis zabiti İsfəndiyar Mehbalıyev Dubayda yaşayır

admin

Tanrılar çox idi, sonra bir oldu: Bəşəriyyətin 300 min illik tarixində təkallahlılığın yeri

redaktor

Keçmiş “Naxçıvan xan”ının məmur oğlunun Dubayda yeni mülkləri haqqında – FOTO

admin