29 C
Bakı
14 Avqust 2025 19:13
Cəmiyyət

Telefonların dinamikini düzgün təmizləməyin YOLLARI

 

Vaxt keçdikcə telefonun dinamiki toz və müxtəlif hissəciklərlə tıxanmağa başlayır. Bu da söhbət zamanı eşitməni çətinləşdirir.

Tacxeber.com xəbər verir ki, buna görə mobil cihazın dinamiki mütəmadi olaraq təmizlənməlidir.

Ancaq çox vaxt smartfon sahibləri dinamiki iynə ilə təmizləməyə üstünlük verirlər. Bu isə onun asanlıqla sıradan çıxmasına şərait yaradır.

Mobil cihazın dinamikinin təmizlənməsinin yolları aşağıdakılardır:

Sərt başlıqlı diş fırçası;

Taxta diş çubuğu;

Qulaq təmizləmə çubuqları;

Spirt və oxşar qarışıqlar.

Bunlardan ardıcıl şəkildə istifadə edərək smartfonun dinamikini asanlıqla təmizləyə bilərsiniz.

Qeyd edək ki, bu prosesdən sonra mütləq quru pambıqla dinamikin səthini qurulamalısınız.

Tacxeber.com

Oxşar xəbərlər

Bakının bu ərazilərində torpaq 20 milyondan baha satılır – VİDEO

redaktor

İcbari tibbi sığorta “pripiskası”- ARAŞDIRMA

admin

“Qubad qorxaqdır, suyu üfürə-üfürə içir…” – Novella Cəfəroğlu

redaktor