18 C
Bakı
10 Sentyabr 2026 06:09
Hadisə

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlının məhkəməsi keçiriləcək

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlının məhkəməsi keçiriləcək

 

Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin cinayət işi ilə bağlı istintaq yekunlaşaraq Detmol şəhər Məhkəməsinə göndərilib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Report”un Avropa bürosunun sorğusuna Detmol şəhər Prokurorluğundan bildirilib.

Otuz altı yaşlı E.Ağayevin məhkəmə prosesi yanvarın 8-i ilə fevralın 6-ı aralığına təyin edilib. Məhkəmə hal şahidi və zərərçəkənlər üçün üç məhkəmə dinləməsi təyin edib.

Xatırladaq ki, hadisə bu il iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib. Belə ki, 39 yaşlı Andrej F.Rintelner balta ilə qətlə yetirilib.

Hadisəni törətməkdə Elçin Ağayev şübhəli bilinir. Məlumata görə, qətl qısqanclıq zəminində törədilib.

E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalıblar.

Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Zubirin transferində gözlənilməz problem – Keçidi təsdiqlənmədi

admin

AİHM Nardaran hadisələri ilə bağlı Azərbaycanı 23 min avro təzminata məhkum edib

admin

Teymur Kərimovun həbsdə səhhətinin pisləşdiyi bildirilir: “Deyiblər ki, doşab iç, keçib gedəcək”

admin