26 C
Bakı
10 Avqust 2025 07:35
Dünya

Bu gün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji ilə bağlı saziş imzalanacaq

Bu gün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji ilə bağlı saziş imzalanacaq

 

Bu gün “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” imzalanacaq.

Tacxeber.com xəbər verir ki, imzalanma mərasimi Rumıniyanın paytaxtı Buxarestin Kotroçeni sarayında keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniyanın Baş naziri Nikolae Çiuça və Macarıstanın Baş naziri Viktor Orban, həmçinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bununla bağlı keçiriləcək plenar iclasda iştirak edəcəklər.

Rumıniya Prezidentinin Ofisinin yaydığı məlumata görə, saziş Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqələrinin gücləndirilməsini, təchizat mənbələrinin şaxələndirilməsini, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialından istifadə edilməsini nəzərdə tutur və dörd dövlətin maraqlarına cavab verir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.

Tacxeber.com

Oxşar xəbərlər

“Vəhşi Klara” haqda nələri bilirik? – 8 Martın banisinin şəxsi həyatı, sevgi romanları…

redaktor

Tramp çətin seçim QARŞISINDA – İrana hücum planı ilə bağlı MÜƏMMALI VƏZİYYƏT

redaktor

Ukraynada Rusiyaya qarşı beş min rusiyalı döyüşür – Şok məlumatlar

redaktor