Gündəm

“Bakı Xankəndidə bu prosesə start verir” – Korotçenko

“Bakı Xankəndidə bu prosesə start verir” - Korotçenko

 

Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin dəqiq sayını və onların statusunu müəyyən etmək üçün Azərbaycan Statistika Komitəsi və DİN orqanları 2023-cü ildə orada siyahıyaalınma həyata keçirməlidir.

Tacxeber.comxəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

“Bakı bu əraziləri və orada yaşayanları Azərbaycan hüquq məkanına inteqrasiya edəndən sonra erməniləri sorğuya almalıdır. Onların qarşısına iki seçim qoyulmalıdır: ya Azərbaycan vətəndaşlığı almalı, ya da bölgəni tərk edərək İrəvan, Marsel, San-Fransiskoya getməlidirlər”, – Korotçenko bildirib.

Korotçenkonun sözlərinə görə, Qarabağ iqtisadi rayonu ərazisində faydalı qazıntıların çıxarılması və hər hansı digər sahibkarlıq fəaliyyəti yalnız müstəsna olaraq Azərbaycanın hüququdur.

Tacxeber.com

Oxşar xəbərlər

Kişi siqaret çəkənlərin maraqlı statistikası

admin

“Boz kardinal”ın sadiq köməkçisi Abidin Fərzəliyevin Rusiyaya xidmətləri…

admin

“Ukrayna ordusu Xersonu götürəcək və hər şey dağılacaq…” – Piontkovski

redaktor