Dünya

Bəzi yerlərdə duman olacaq – BU GÜNÜN HAVASI

Bəzi yerlərdə duman olacaq - BU GÜNÜN HAVASI

 

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Robotlar BMT-də çıxış ediblər: “Dünyanı insanlardan daha yaxşı idarə edə bilərik”

redaktor

Maduro “TikTok” və “Instagram”ı nifrət mühiti yaratmada ittihamladı

redaktor

Tramp Harvarda daxil olan tələbələrə viza verilməsini dayandırdı

redaktor