28 C
Bakı
12 Avqust 2025 22:00
Hadisə

“Azərişığ”ın iki əməkdaşını cərəyan vurdu: biri öldü

"Azərişığ"ın iki əməkdaşını cərəyan vurdu: biri öldü

 

“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub, biri ölüb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.

“Azərişıq ASC”nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları – 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.

C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib

admin

CHP başqanı Özgür Özelin 5 iyulda prezidentə qarşı söylədiyi bu ifadəyə görə həbs edilib:

admin

Məşhur tarzən ona 47 dəfə elçi göndərib

admin