8 C
Bakı
09 Fevral 2026 14:24
Dünya

Ukrayna məhkəməsi Yanukoviçin bütün əmlakını müsadirə edib

Ukrayna məhkəməsi Yanukoviçin bütün əmlakını müsadirə edib

 

Ali Antikorrupsiya Məhkəməsi (VAKS) keçmiş prezident Viktor Yanukoviçin bütün əmlakını dövlətin xeyrinə müsadirə edib.

Tacxeber.comxəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi öz Telegram kanalında yazıb.

“VAKS Yanukoviçin bütün əmlakını, o cümlədən Mejihiryadakı iqamətgahını, Suxoluçyadakı mehmanxana və restoran kompleksini, mənzili, pulu və yarım mindən çox mədəni sərvəti müsadirə edib”, – deyə məlumatda bildirilir.

O da qeyd olunur ki, eks-prezident  Kiyevdə Obolonskaya sahilindəki mənzili, parkinq yerləri, 31 milyon qrivna (841 min dollar) və bank hesablarında olan 84,9 min dollar, 18,7 milyon avro dəyərində 537 mədəni sərvət və 100% səhmləri müsadirə edilib. T

Ukrayna Ədliyyə Nazirliyinin rəis müavini İrina Mudraya bir müddət əvvəl departamentin eks-prezident Viktor Yanukoviçə qarşı ölkədəki aktivlərinin və əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırmağa hazırlaşdığını bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

CNN: Rusiya və Çin Trampın işdən çıxardığı hökumət işçilərini ələ almağa başlayıb

redaktor

Şagirdinə aşiq olan müəllim cinsiyyətini dəyişdirdi

admin

Türkiyəli jurnalistlər ermənilərin “humanitar” şousunu izlədi

redaktor