30 C
Bakı
09 Avqust 2025 21:11
Hadisə

Xəzər dənizi üzərində pilot huşunu itirdi

Xəzər dənizi üzərində pilot huşunu itirdi

 

Mahaçqaladan Sankt-Peterburqa uçan Rusiya təyyarəsi pilotun huşunu itirməsi səbəbindən hava limanına qayıdıb.

Tacxeber.comRusiya KİV-lərinə istinadən xəbər verir ki, təyyarə qalxandan az sonra ekipaj üzvü bir neçə dəqiqə huşsuz vəziyyətdə olub.

“Flightradar24″ün məlumatına görə, təyyarə Xəzər dənizini keçib və sahil üzərində bir neçə dövrə vurub, daha sonra Mahaçqala hava limanına qayıdıb.

Yüksək hərarəti olan pilot yoluxucu xəstəliklər xəstəxanasına aparılıb, o, karantinə yerləşdirilib. Mahaçqalaya qayıtdıqdan beş saat sonra sərnişinləri olan təyyarə yenidən Sankt-Peterburqa uçub.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

redaktor

Anasından gülab istəyən Əsna ölümə tələsib: 11 yaşlı qız mələklərin üzünə güldüyünü deyirmiş

redaktor

Siyavuş Novruzovun qolu sındı – FOTO

redaktor