26 C
Bakı
28 Sentyabr 2026 16:35
Hadisə

Xəzər dənizi üzərində pilot huşunu itirdi

Xəzər dənizi üzərində pilot huşunu itirdi

 

Mahaçqaladan Sankt-Peterburqa uçan Rusiya təyyarəsi pilotun huşunu itirməsi səbəbindən hava limanına qayıdıb.

Tacxeber.comRusiya KİV-lərinə istinadən xəbər verir ki, təyyarə qalxandan az sonra ekipaj üzvü bir neçə dəqiqə huşsuz vəziyyətdə olub.

“Flightradar24″ün məlumatına görə, təyyarə Xəzər dənizini keçib və sahil üzərində bir neçə dövrə vurub, daha sonra Mahaçqala hava limanına qayıdıb.

Yüksək hərarəti olan pilot yoluxucu xəstəliklər xəstəxanasına aparılıb, o, karantinə yerləşdirilib. Mahaçqalaya qayıtdıqdan beş saat sonra sərnişinləri olan təyyarə yenidən Sankt-Peterburqa uçub.

Tacxeber.com

Oxşar xəbərlər

Qazaxstanda bu gün matəm elan edilib

redaktor

ABŞ-da prezidentə qarşı media boykotu

admin

Fazil Qasımov məhkəmə iclaslarına aparılmamasına etiraz olaraq quru aclığa başlayıb

admin