Dünya

“Rusiya Federasiyasının başlıca qorxusu Krıma birbaşa zərbədir”

 

“Rusiya Federasiyasının başlıca qorxusu Krıma birbaşa zərbədir. Bu, bütün cənub cəbhəsini dağıdır. Onlar üçün bu, tam mənəvi iflasdır” – Arestoviç

“Hazırda rusiyalı qəsbkarlar Zaporojye istiqamətində Enerqodar-Melitopol-Tokmak üçbucağında müdafiə qurğuları yerləşdirir…”

Rusiya hakimiyyətinin əsas qorxusu Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti işğal edilmiş Krıma mümkün zərbənin endirilməsidir.

Tacxəbər Moderator.az-a istinadən xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bəyan edib.

Onun sözlərinə görə, hazırda rusiyalı qəsbkarlar Zaporojye istiqamətində Enerqodar-Melitopol-Tokmak üçbucağında müdafiə qurğuları yerləşdirir.

“Çünki onların başlıca qorxusu Krıma birbaşa zərbənin endirilməsidir. Bu, bütün cənub cəhbəni dağıdır, Ukrayna Silahlı Qüvvələri və digər müdafiə qüvvələri Krımın sərhəddinə çıxır. Onlar üçün bu, tam mənəvi iflasdır”, Arestoviç vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor