Dünya

Rusiya daha bir nüvə raketini atəş vəziyyətinə gətirdi

 

Rusiyanın Kaluqa vilayətində yerləşən hərbi hissələrdən birində “Yars” qitələrarası ballistik raketi atəş şaxtasına yerləşdirilib.

 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, raketin yüklənməsi xüsusi texnikanın köməyi ilə bir neçə saat ərzində həyata keçirilib.

Bildirilib ki, daha bir nüvə raketinin istifadəyə verilməsi Rusiyanın qarşısına qoyduğu istənilən strateji hədəflərə çatmasına şərait yaradacaq.

Həmçinin qeyd olunub ki, “Yars” Rusiya strateji raket kompleksi olub, başlığı ayrıla biləndir və “Topol-M” raket kompleksinin modifikasiya olunmuş versiyasıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Yer kürəsi iqlim fəlakətləri astanasındadır – XƏBƏRDARLIQ

redaktor

Şəriətin simasında toy görüntüləri: Əli Şamxaninin qızının mərasimi və İranda dini dəyərlərin gerçəyi

redaktor

Rusiya-Ukrayna müharibəsi çexiyalı iş adamını milyarderə çevirdi – SƏBƏB

redaktor