10 C
Bakı
27 Mart 2026 14:52
Dünya

Ərdoğan: “Orta Dəhliz kontekstində əməkdaşlığımız ortaq mənfəətimizə xidmət edir”

Ərdoğan: "Orta Dəhliz kontekstində əməkdaşlığımız ortaq mənfəətimizə xidmət edir"

 

“Etibarlı nəqliyyat marşrutu olaraq ön plana çıxan Orta Dəhliz kontekstində əməkdaşlıq ortaq mənfəətimizə xidmət edir. Dəhlizin mühüm bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə tamamladıq”.

Tacxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan Prezidentləri ilə geniş tərkibdə görüşdəki çıxışında bildirib.

“Marmaray”ı, Yavuz Sultan Səlim körpüsünü, İstanbul hava limanını, Osman Qazi və 1915 Çanaqqala körpülərini istifadəyə verərək Şərq-Qərb istiqaməti boyunca bütöv nəqliyyat marşrutunu təmin etdik. Bu marşrutu daha əlverişli vəziyyətə gətirmək üçün birlikdə çalışmalı, sərhəd-keçid və gömrük prosedurlarını sürətləndirməliyik”, – dövlət başçısı deyib.

Ərdoğan qeyd edib ki, hər üç ölkənin daşıyıcıları üçün quru yolu ilə keçid rüsumlarının və vizaların ləğv edilməsi, yaxud müəyyən bir səviyyədə saxlanılması, viza rüsumlarına endirimlər edərək viza müddətlərinin uzadılması ticarət dövriyyəmizi artıracaq. Nəqliyyat və gömrük sahəsində imzalanacaq sənədlər bu səylərimiz üçün əsas təşkil edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiya vətəndaşı olmaq istəyirəm” – Amerikalı boksçu rinqdən Putinə səsləndi

redaktor

İranda dron daşıyan avtomobillər SAXLANILDI-FOTO

redaktor

Qazaxıstanda itkin düşən helikopter 11 gündür tapılmır

redaktor