18 C
Bakı
21 Oktyabr 2026 03:15
Gündəm

“Laçın yolunu Rusiya sülhməramlıları bağlayıb” – Hikmət Hacıyev

 

Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqdə bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını deyib.

Ümumiyyətlə, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlərini Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisi olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, belə bəyanatların Ermənistan Baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə zidd olduğu bildirilib. (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

Forbes: “Hicab və İsrail məsələsi Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradıb”

admin

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor