25.3 C
Bakı
13 İyun 2026 12:49
Dünya

İtaliya xəstəxanaların bərpası məsələsində Ukraynaya yardım edəcək

İtaliya xəstəxanaların bərpası məsələsində Ukraynaya yardım edəcək

“Ukrayna strateji infrastrukturun, xəstəxanaların bərpasında və tibbi xidmətin təmin edilməsində İtaliyanın köməyinə arxalana bilər”.

Tacxeber.com xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani özünün feysbuk səhifəsində yazıb.

O bildirib ki, Ukrayna və Ukrayna xalqı həmişə İtaliyanın dəstəyinə arxalana bilər: “Münaqişənin əvvəlindən səylərimizi əsirgəmədik. Hərbi dəstək, ilkin zəruri əşyaların göndərilməsi, dərmanlar, tibbi ləvazimatlar, vəsaitlər və çadırlar, çarpayılar və gigiyena dəstləri kimi əhaliyə yardım üçün maddi-texniki təchizat – hamısını etdik”.

XİN başçısı qeyd edib ki, İtaliya şirkətləri də bu prosesdə iştirak edir və bundan sonra da iştirak edəcəklər.

Oxşar xəbərlər

Riçard Murun MI6-dan ayrılması və ‘Səssiz Kuryer’ layihəsi bölgədə yeni mərhələnin başlanğıcıdır.

redaktor

Politoloq: Əliyev keçmişin qapısını bağlayacaq və ABŞ-la və ATƏT-in Minsk Qrupu olmadan yeni dövrə yol açacaq

redaktor

Rusiya bir həftə ərzində Ukraynaya 700-ə yaxın hava bombası atıb – Zelenski

redaktor