18 C
Bakı
26 Oktyabr 2026 15:25
Cəmiyyət

17 yaşlı qız 50 yaşlı kişiyə ər verilib? – RƏSMİ

17 yaşlı qız 50 yaşlı kişiyə ər verilib? - RƏSMİ

 

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat polis tərəfindən araşdırılıb.

Tacxeber.comxəbər verir ki, bu barədə mediaya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb:

“Araşdırma zamanı məlum olub ki, qızın 17 yaşı tamam olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir”, Eşqin Qasımov deyib.

Qeyd edək ki, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ribeyro kimi dostu olana düşmən lazım deyil

admin

Bu gün Mərdəkanda liderlik savaşı – “Qarabağ” “Sabah”a qarşı

admin

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

redaktor