Hadisə

Slovakiyada qar uçqunu ölümlə nəticələndi

Slovakiyada qar uçqunu ölümlə nəticələndi

 

Slovakiyanın şimal-şərqindəki Yüksək Tatra dağlarında qar uçqunu nəticəsində iki nəfər ölüb.

Tacxeber.com xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Bildirilib ki, 36 və 41 yaşlı Slovakiya vətəndaşları qar uçqunu altında qalıb. Onlar Yüksək Tatra dağlarında pis hava şəraitinə baxmayaraq, dağ turuna çıxıblar.

Slovakiya və Polşa sərhədində yerləşən Yüksək Tatra dağlarında uçqun təhlükəsi artıb.

Agentliyin məlumatına görə, dağ yamaclarının Polşa tərəfində də fövqəladə hadisə baş verib. 19 yaşlı turist qar uçqunu altında ölüb.

Tacxeber.com

Oxşar xəbərlər

Əsəd və qardaşı ilə bağlı şok məlumatlar: Qaçış zamanı hava limanında dalaşıblar, sonra isə…

admin

İstanbuldan gələn rusiyalı qadın mədəsində yarım kiloqram kokain daşıyıb

redaktor

Qohumunu xilas edərkən özü öldü… – Video

redaktor