19 C
Bakı
26 Sentyabr 2025 22:26
Dünya

Paşinyanın həyat yoldaşı ilə İrəvanda gəzməyi lağa qoyuldu

Anna Akopyan həyat yoldaşı Nikol Paşinyanla İrəvanın mərkəzi küçələrindən birində gəzib. Bununla bağlı çəkilən fotonu Facebook səhifəsində dərc edib.

Tacxəbərxəbər verir ki, bu barədə informasiya “hraparak.am” saytında yer alıb.

Mənbə yazır ki, gəzintinin təhlükəsizliyini təmin etmək üçün küçəyə kənar şəxs buraxılmayıb, hər tərəfdə cangüdənlər gəzib, heç kimin qəfildən “demokrat baş nazir”ə və ya onun xanımına yaxınlaşmamasına diqqət yetirilib:

“Və bu yolla elə bir fon yaratmağa çalışırlar ki, hətta müharibədən sonra da onların qorxacaq heç bir şeyləri yoxdur, sərbəst şəkildə küçəyə çıxıb şəhəri gəzə bilirlər və heç kim onları  təhdid etməyəcək, hətta pis söz deməyəcək.

Baxmayaraq ki, bu yaxınlarda Yusya prospekti ilə hərəkətdə olarkən bir vətəndaş xain Paşinyanın arxasınca qışqırıb”.

Qeyd edək ki, bu gün səhər saatlarında Paşinyan həyat yoldaşı ilə kafedə kofe içib. Görüntülər internetdə yayılıb. (Bizim.Media)

Tacxeber.com

Oxşar xəbərlər

“Baxmut bir şəhər olaraq artıq yoxdur” – Budanov

redaktor

I Qarabağ müharibəsi şəhidinin nəvəsi İSRAİLDƏ HƏLAK OLDU – FOTO

redaktor

D. Tramp: “Türkiyənin F-35 proqramında iştirakı lazımdır”

admin