24 C
Bakı
13 Avqust 2025 23:03
Cəmiyyət

Saçınız tökülürsə, BU ANALİZLƏRİ verin

Saçınız tökülürsə, BU ANALİZLƏRİ verin

 

Saçların tökülməsinin səbəbləri çoxdur: daxili xəstəliklər, güclü və uzunmüddətli streslər, qanazlığı, bəzi vitamin və mineralların çatışmazlığı və s.

Tacxeber.com bildirir ki, Dermato-Endoctrinology jurnalında dərc olunmuş yeni elmi araşdırmada doktor Coşua Seyfer saç tökülməsindən əziyyət çəkənlərə mütləq qalxanvari vəzinin fəaliyyətini yoxlamağı tövsiyə edir.

Alim qeyd edir ki, hipotireoz (qalxanvari vəzi xəstəliyi) zamanı saçlar quru və kobud olur, çox güclü tökülür.

Hippokratia jurnalında dərc olunmuş digər məqalədə göstərilir ki, hipotireozu olan insanların 41%-i intensiv saç tökülməsindən əziyyət çəkir.

Doktor Seyfer saçı tökülənlərə digər müayinələrlə yanaşı qalxanvari vəzinin hormonlarını da yoxlamağı tövsiyə edir. Həkim qanda T3, T4 və TSH hormonlarının səviyyəsini təyin etməyi məsləhət görür.

Tacxeber.com

Oxşar xəbərlər

Elgiz Hacıyev: “Ermənilərin bir qismi qayıdıb Azərbaycan bayrağı altında yaşayacaqlar” – VİDEO

redaktor

Guya ki, hansısa dövlətlərin Azərbaycanla bağlı çox məkrli planları var və buna görə də quru sərhədlər bağlı saxlanılmalıdır.

admin

Məhkəmə xərçəng olması ehtimalına rəğmən Ələsgər Məmmədlini həbsdə saxlayıb

admin