26 C
Bakı
13 Avqust 2025 05:29
Gündəm

Qazinin pul toplaması geniş müzakirələrə səbəb oldu – VİDEO

Nərimanov rayonunda hərbi formalı və yaxasında medal olan şəxsin pul toplamasını əks etdirən görüntülər yayılıb.

Sözügedən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia edilib ki, bloqer Elçin Ləmbəranski onun pul toplamasına şərait yaradıb və vətəndaşlara çağırış edib.

Məsələ ilə bağlı E.Ləmbəranski açıqlama verib. O qeyd edib ki, metronun qarşısına balaca qız üçün keçirilən yardım kampaniyasına qatılmağa gedib: “Birincisi, o qazini mən tanımıram. Xəstə balamızın anasının səsinə səs verməyə getmişəm və görmüşəm ki, bu oğlan da oradadır. İkincisi, mən Mələk balamızın anasına tapşırmışam ki, sabahdan bu qazi sənin yanında formada dayanmasın”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələnin araşdırıldığını bildirib:“Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hallar hüquqazidd əməldir. Yardımdırsa, yardım toplama forması bu deyil. Məsələ araşdırılır”. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər

Postancyan: “Zəngəzur əldən getdi…”

redaktor

Zob xəstəliyindən əziyyət çəkən qadını niyə botoks ediblər? – VİDEO

redaktor

Rusiyada elektrik stansiyasında yanğın – Dronlarla hücuma məruz qaldığı iddia edilir

redaktor