19 C
Bakı
27 Oktyabr 2026 15:08
Gündəm

Zelenski Putinə dəfələrlə zəng edib, lakin… – Sirlər açılır

 

Rusiyanın Ukraynaya hücuma keçdiyi gün Zelenski Putinə zəng edib.

Tacxeber.comxəbər verir ki, bu barədə “Financial Times” nəşri yazır.

Nəşr bu ilin 24 fevral tarixində Rusiyanın Ukraynaya hücuma başladığı dövrdə baş verənlərdən, xüsusilə ictimaiyyətə bəlli olmayan detallardan yazıb.

Nəşr qeyd edir ki, heç kim bunun baş verəcəyinə tam inanmayıb: “Ukraynaya da hücumun konkret necə olacağına, hansı istiqamətdə baş verəcəyinə dair kəşfiyyat məlumatları daxil olmayıb”.

Nəşr yazır ki, 24 fevral işğal ərəfəsində Zelenski Putinə dəfələrlə zəng vurmağa cəhd edib.

“Ukrayna lideri Rusiya prezidentinə hücumun böyük səhv və böyük faciə olacağını demək istəyirmiş, lakin Putin onun zənglərinə cavab verməyib”, – məqalədə qeyd olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Doğrudan da, komediyadır!

redaktor

Türk dünyasında liderlik uğrunda yeni mərhələ

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – III hissə

redaktor