19 C
Bakı
11 Sentyabr 2026 05:07
Gündəm

Tahir Kərimli velosipedlərə nömrə verilməsi təklifindən danışdı: “Ayaqqabılara da gələcəkdə nömrə qoyub, harasa gedək…”

 

“Velosipedlərə qeydiyyat nişanlarının verilməsinin əleyhinəyəm. Belə çıxır ki, ayaqqabılara da gələcəkdə nömrə qoyub, harasa gedək. Velosiped motorsuz alətdir, minik vasitəsidir. Heç saatda 40-50 kilometrdən artıq sürəti də yoxdur. Adətən velosipedlər üçün xüsusi yollar salınır. Avropada, Çində, Hindistanda velosipedlərdən kütləvi şəkildə istifadə olunur. Belə çıxır, biz xüsusi reyestr xidmətləri açmalıyıq ki, nə qədər insan nömrələrin qeydiyyatı ilə məşğul olsun…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Belə hadisə də olmayıb ki, kimsə velosipedlə qəza törədib, qaçıb aradan çıxa. Velosiped nə qəza törədəcək ki? Uzaq başı sürən şəxs özü zərərçəkmiş ola bilər. Velosipedlərə nömrə verilməsi artıq qanunun ucuzlaşmasına gətirib çıxarar, buna ehtiyac yoxdur, doğru hesab etmirəm. Mopedlər xırda motorlarla təmin olunub, daxili yanma mühərrikinə əsaslanıb, sürəti çoxdur, mopedlə müəyyən qəzalar da törədə bilirlər. Ona görə də mopedlərlə velosipedlərin müqasisəsini də doğru heab etmirəm…”, – T.Kərimli bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

11 sentyabr hücumlarının əsas təşkilatçısının məhkəməsi yenə təxirə salındı

redaktor

Hakan Fidan istefaya göndəriləcək?

redaktor

Azərbaycanın gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır?

redaktor