Dünya

Kadırovdan Xersonla bağlı AÇIQLAMA: “Buna nail olmuşuq”

“Xerson vilayətində bölgəni partlatmaq niyyətində olan diversantları saxlamağa nail olmuşuq”.

Tacxeber.com xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

Kadırovun sözlərinə görə,” saxlanılanlardan dəyərli məlumatlar əldə olunub”.

“Xerson vilayətinin yaşayış məntəqələrinin Ukrayna cinayətkar ünsürlərindən təmizlənməsi tam sürətlə davam edir… Təxribat fəaliyyəti həyata keçirməyi planlaşdıran diversantlar saxlanılıb…”, – Çeçenistan rəhbəri qeyd edib.

Bildirilir ki, əldə edilən məlumat tezliklə Ukrayna Silahlı Qüvvələrinə qarşı istifadə olunacaq.

Bundan əlavə, onlarla silah-sursat, o cümlədən qumbaraatan və partlayıcı maddələr ələ keçirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Avro-2024: Türkiyə Portuqaliya və Çexiya ilə bir qrupda mübarizə aparacaq.

admin

Rusiyanın puç olan qaz ümidləri: Avropanın “donması” gələn ilə qaldı – TƏHLİL

admin

Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu – FOTO

redaktor