Hadisə

Gəncədə evdə partlayış baş verib, xəsarət alan var

Gəncədə evdə qaz balonu partlayıb.

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 41 yaşlı qadın yaşadığı evdə qaz balonunun partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Xameneyinin yerinə keçəcək şəxs – Gələcək liderin adı çəkildi

admin

Kəramət Böyükçölün hakimiyyəti öyən məqaləsi aranı qatdı – AXCP ilə yazıçı arasında gərginlik

admin

Azərbaycanın dövlət büdcəsi “aşıb-daşır” – Gəlir proqnozdan çox olub, artıqlıq yaranıb

admin