Hadisə

Gəncədə evdə partlayış baş verib, xəsarət alan var

Gəncədə evdə qaz balonu partlayıb.

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 41 yaşlı qadın yaşadığı evdə qaz balonunun partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən müəllim ayrılmış pulu mənimsədi

admin

İdmançıların hücum etdiyi şəxs DSX mayorudur – FOTO

admin

Sumqayıtda yanan şadlıq sarayının sahibi BU ŞƏXSDİR – Daha nələri var?

redaktor