24 C
Bakı
22 Sentyabr 2026 09:22
Dünya

Ukraynalı uşaqlar Azərbaycana gətirildi – FOTO

Ukraynadakı müharibədən əziyyət çəkmiş 30 nəfər ukraynalı uşaq və gənc reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

Tacxeber.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn həmin uşaq və gənclər Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdiriləcək.

Mərkəzdə uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Reabilitasiya müddəti ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, muzeylərə ekskursiyalar da təşkil olunacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Rəsmi ölü siyahısında 259 min nəfər var…

redaktor

ABŞ-da prezidentə qarşı media boykotu

admin

Zelenski Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması üçün şərt irəli sürüb

redaktor