11 C
Bakı
29 Mart 2026 07:44
İdman

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəlilədi

Dünyanın ən yaxşı baş məşqçilərinin dekabr üçün ilk reytinq cədvəli açıqlanıb.

Tacxeber.com xəbər verir ki, cədvələ fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov siyahısının ilk yarısında qərarlaşıb.

Siyahıda yeganə azərbaycanlı olan Qurbanov bir pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1595 xalla 209-cudur.

“Neftçi”nin rumıniyalı çalışdırıcısının mövqeyi dəyişməyib. Regekampf 1627 xalla 177-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.

Tacxeber.com

Oxşar xəbərlər

“Mançester Yunayted”dən Vinisius üçün fantastik təklif

admin

“Qarabağ”ın qapıçısı polis bölməsinə niyə aparılıb? – RƏSMİ AÇIQLAMA

redaktor

Azərbaycanlı iş adamının klubu müflis elan olundu

redaktor