12 C
Bakı
28 Mart 2026 06:28
CəmiyyətKriminal

Xaçmazda qadın sürücü avtomobili mağazaya çırpdı – Video

Xaçmazda “Subaru” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazaya çırpılıb.

Yeniavaz.com “Azərtac”a istinadla xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rəna Hüseynova avtomobili mağazanın qarşısındakı duracaqda saxlamaq istəyərkən idarəetməni itirib. Nəticədə avtomobillə obyektin şüşələrini sındıraraq içəri daxil olub. Həmin vaxt ticarət obyektində satıcı və alıcılar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü də qəza zamanı yaralanmayıb.

Avtomobil rəfləri dağıtdığından sahibkara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

 

Oxşar xəbərlər

Ağzı söz tutmur KÖNLÜNDƏN NAZİR OLMAQ KEÇİR – Bilmək olmur adam deputatdır, xəstəxana rəhbəridir, yoxsa qəssəbxana işlədir?

admin

Həccə getmək istəyən 500 nəfər aldadıldı – Rəsmi

redaktor

Müstəqil internet televiziyası “Meydan Tv”nin əməkdaşları saxlanılıb.

admin