Dünya

Türkiyə Qara dənizin 2.2 min metr dərinliyində nəhəng qaz rezervuarı quraşdırıb

Türkiyə Qara dənizin 2.2 min metr dərinliyində nəhəng qaz rezervuarı quraşdırıb

Türkiyə Qara dənizin 2.2 min metr dərinliyində 280 tonluq qaz rezervuarı quraşdırıb. Əməliyyat 20 saat davam edib.

Tacxeber.com xəbər verir ki, Qara dəniz qazı quruya bir az da yaxınlaşıb: “Peçenek” adı verilən nəhəng paylayıcı rezervuar quyulardan gələn qazı toplayaraq, onu əsas boru kəmərinə birləşdirəcək.

Məlumata görə, akvatoriyada irimiqyaslı anbarın quraşdırılması cərrah dəqiqliyi ilə həyata keçirilib.

O da vurğulanır ki, Sakarya qaz yatağında Türkiyə Neft Şirkəti (TPAO) qruplarının işi, demək olar ki, gecə-gündüz davam edir.

Ekspertlərin hesablamalarına görə, Qara dənizin dibində yeni yataqların işlənməsi Türkiyənin idxal qazından asılılığının 30% azalmasına səbəb ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiyanı uduzması üçün 6 “kəşfiyyatçı” göndərilib” – FOTO

admin

İlham Əliyev: “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar”

redaktor

Nəsimi Qasımov: “40 faiz onkoloq ştatının boş olması xərçəngin erkən aşkarlanmasını gecikdirir”

redaktor