Dünya

Fransa qışa “hazırdır”: 10 milyon insan işıqsız qalacaq Dünya

Qışda Fransanın bəzi ərazilərində aşağı temperaturlara görə enerji istehlakının pik saatlarında mümkün qısamüddətli elektrik kəsilmələri ola bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə Fransanın RTE milli elektrik şəbəkəsi operatorunun rəhbəri Xavyer Pyeşazik xəbərdarlıq edib.

“Biz elektrik şəbəkələrimizdə disbalansın qarşısını almaq üçün qışda qısamüddətli (maksimum iki saatlıq), lokal, növbəli şəkildə regionlararası elektrik kəsilməsini planlaşdırırıq”, – deyə o bildirib.

Pyeşazikin sözlərinə görə, işıq verilişlərinin dayandırılması yalnız lokal xarakter daşıyacaq, ona görə də onlar bir anda bütün metropol ərazisinə təsir etməyəcək.

O qeyd edib ki, elektrik verilişinin dayandırılması zamanı Fransada bir neçə milyon insan işıqsız qalacaq.

“Maksimum on milyon insan olacaq, ancaq daha azına ümid edirik. Hamımız enerjiyə qənaət etsək, kəsilmələr xeyli azalar”, – deyə  RTE elektrik şəbəkəsinin operatorunun rəhbəri bildirib.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

10 km hündürlükdən paraşütsüz yerə düşüb və sağ qalıb.

admin

Putini tənqid edən yaşlı qadını avtobusdan yerə atdılar – VİDEO

redaktor

Zəlzələ olan ərazilərdə xəstəlik riski varmı? – AMEA-dan AÇIQLAMA

redaktor