Dünya

SEPAH-dan şok: İran böyük müharibə ilə qarşılaşıb

İsrail məhv olacaq, islam inqilabı isə sarsılmadan qalacaq.

 

Bu sözləri SEPAH komandanı, general Hüseyn Salami deyib.

O bildirib ki, İran düşmənlərin və bütün dünyadan bidətçilərin islam inqilabına qarşı nəhəng müharibəsi ilə üz-üzədir:

“Əmin ola bilərsiniz ki, sionist rejim yıxılacaq, ancaq islam inqilabı zərər görməyəcək. Düşmən hiylələri məqsədinə çatmayacaq”.

O, ABŞ, Böyük Britaniya, İsrail, Almaniya, Fransa və Səudiyyə Ərəbistanını İranda gərginlik yaratmaq üçün təfriqçi mediadan istifadə etməkdə ittiham edib və bildirib ki, İran xalqı ayıqdır, düşmənin planlarını pozur.

Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, İsrail və Ərəbistan İrana qarşı maksimal güclə fəaliyyət göstərirlər:

“Bu “dünya müharibəsi” Amerika və İsrail rejimləri və onların müttəfiqləri üçün məzarlığa çevriləcək”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Mənzillər, qətl və milyonlar: Elman Paşayevin oğlu səs-küylü işdə təqsirləndirilən şəxsə çevrilib

redaktor

Danimarka şahzadəsi İzabella avqustun 3-dən etibarən orduda xidmətə başlayıb

redaktor

Çinin kürd siyasətinə səssiz girişi: Pekin ABŞ-ın regional alətini balanslaşdırır

redaktor