28 C
Bakı
13 Avqust 2025 21:31
Dünya

Kadırov qızına Çeçenistanın ən yüksək ordenini verdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov ikinci qızı, Qroznı meriyasının məktəbəqədər təhsil departamentinin rəisi Xadijat Kadırovanı Çeçenistan Respublikasının birinci prezidenti Axmat-Xadji Kadırov adına ordenlə təltif edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev “Telegram-kanal”ında məlumat verib.

O qeyd edib ki, Xadijat Kadırovanı səmimi qəlbdən təbrik edir.

“O, Çeçenistan Respublikasının ən yüksək mükafatı – Kadırov ordeni ilə təltif edildi!”, – deyə Dudayev bildirib.

Onun sözlərinə görə, Xadijat Kadırova qısa müddətdə özünü istedadlı idarəçi kimi göstərib və ona həvalə olunmuş qurumun fəaliyyətini yeni səviyyəyə qaldırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə hərbi kontingentinin Azərbaycanda xidmət müddəti daha bir il uzadıldı

redaktor

Çavuşoğlu: Azərbaycanla sevincimiz də, kədərimiz də, zəfərlərimiz də birdir

redaktor

Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxuyacaq

redaktor