26 C
Bakı
21 İyun 2025 14:21
Dünya

Putin qışdan silah kimi istifadə etmək istəyir, amma buna nail olmayacaq – Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı diz çökdürmək üçün qışdan silah kimi istifadə edə bilməyəcək.

Tacxeber.com“Welt”ə istinadla xəbər verir ki, Stoltenberqin sözlərinə görə, NATO açıq şəkildə görür ki, Kreml müharibədə məğlubiyyətə böyük vəhşiliklə reaksiya verir. Lakin qış Putinin ordusuna kömək etməyəcək.

“Qışın gəlişi ilə Moskva ölkəni diz çökdürmək üçün Ukraynanın enerji təchizatını bombalamağa başladı. Putin qışdan silah kimi istifadə etməyə çalışır. Lakin buna nail olmayacaq”, – Stoltenberq bildirib.

Baş katib qeyd edib ki, NATO Almaniyanın Ukraynaya əvvəlki silah tədarükünü yüksək qiymətləndirir. Xüsusilə Alyans Almaniyanın hava hücumundan müdafiə sistemlərinin evləri, məktəbləri və xəstəxanaları Rusiya raketlərindən qorumağa kömək edəcəyinə əmindir. Stoltenberq həm də vurğulayıb ki, bütün tərəfdaşlar Ukraynaya dəstəyini artırmalıdırlar.

Tacxeber.com

Oxşar xəbərlər

Vladimir Putinin 25 illik hakimiyyətinin ölümcül dönüş nöqtələri

admin

ABŞ-da 22 nəfəri öldürən şəxs ölü tapıldı – NBC

admin

İran-İsrail müharibəsi: “Bu dəfə durum fərqlidir, cavab sərt olacaq”

admin