Dünya

Yaponiya COVID-19-a qarşı yerli həbin istifadəsinə başlayır

Yaponiya COVID-19-a qarşı yerli həbin istifadəsinə başlayır

Yaponiya COVID-19-a qarşı yerli istehsal olan həbin ölkə daxilində istifadəsinə başlayacaq.

Tacxeber.comxəbər verir ki, bu barədə Yaponiyanın səhiyyə naziri Kato Katsunobu jurnalistlərə bildirib. Onun sözlərinə görə, hökumət “Xocova” adlı həmin həbin kütləvi istifadəyə buraxılması barədə noyabrın 22-də qərar qəbul edib.

Koronavirusa qarşı ilk yerli həb Yaponiyanın “Shionogi” əczaçılıq şirkəti tərəfindən hazırlanıb.

Hökumət bu dərmanın dekabrın əvvəllərindən başlayaraq istifadəyə buraxılmasını nəzərdə tuturdu, lakin mövcud vəziyyət nəzərə alınaraq həbin noyabrın 28-dən istifadəyə buraxılması qərara alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

Sənəd razılaşdırılır, müharibə bitir!

admin

Suriyada təhsildə cinsiyyət ayrımını ləğv etdi, İranda isə qız-oğlanlar hələ də ayrı-ayrı binalarda təhsil alır.

admin

Zelenski: “Bu il Rusiya ilə müharibəyə son qoyacağıq, lakin…” – VİDEO

redaktor