26 C
Bakı
12 Sentyabr 2026 17:38
Hadisə

Bakıda Olimpiya Kompleksində qətl törədən tanınmış məşqçinin oğludur

Xəbər verdiyimiz kimi, bu gün Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Tacxeber.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə Şağan Olimpiya Kompleksində cüdo yarışı zamanı baş verib.

Tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Qeyd edək ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Tacxeber.com

Oxşar xəbərlər

11 Sentyabr-Əsrin zorakılıq təməli

redaktor

İki Anara 25 il iş

admin

Gəncədə ” Fizuli”nin tüstüsü

admin