20 C
Bakı
23 İyun 2025 06:17
Dünya

Vardanyan kartı işə düşdü – Qarabağda təhlükəli proses

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib.

Qarabağda separatçı rejimə “humanitar yardım” adı ilə silah daşınması faktı bəllidir.

Hazırda baş verənlər isə prosesin daha da təhlükəli miqyas aldığını göstərir:

– Erməni qoşunların qalıqlarının çıxarılması öhdəliyi icra edilmir və belə görünür ki, xoşluqla icra edilməyəcək də;

– Separatçı-terrorçular davamlı təxribatlar törədir;

– Vardanyan kartı işə düşəndən sonra qondarma “statusdan” daha çox danışmağa başlayıblar;

– Bölgəyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları bütün bunlara nəinki şərait yaradır, hətta təşkilatçısı rolunda çıxış edir: hərbi yükləri Laçın dəhlizindən keçirir, separatçı-terrorçuların postlar qurmasına şərait yaradır, erməni əhalisinin Bakıya inteqrasiyasının qarşısını bütün yollarla alır.

Zamanın uzanması Azərbaycanın ziyanınadır, çünki geosiyasi şərtlərin dəyişməsi regiondakı proseslərə də təsir edə bilər və bu vəziyyət Bakının müəyyən addımlar atması zərurətini artırır:

– Separatçıların qurduğu hərbi postların ləğv edilməsi;

– Qeyri-siyasi və qeyri-hərbi müstəvidə separatçı-terrorçu rejimi erməni əhalisi arasında çətinə sala biləcək addımlar;

– Laçın dəhlizinin qeyri-humanitar məqsədlər üçün istifadə edildiyi faktının aktuallaşdırılması, Moskva qarşısında bu tələblərin qaldırılması və s;

İndiyə qədərki proseslər diplomatiyanın praktiki nəticələrə gətirib çıxarmadığına nümunədir.

Tacxeber.com

Oxşar xəbərlər

Ankarada silahlı hücum nəticəsində ölənlər var

admin

Bayden “Qara cümə” bazarlığında kitab aldı.

admin

Türkiyə Suriyada işi bitirdi: Yaxın Şərq Ankaranın nəzarətinə keçir

admin