10 C
Bakı
26 Mart 2026 02:01
Dünya

“Taliban” qadınların kişilər olmadan həkimə baş çəkməsini qadağan edib

"Taliban" qadınların kişilər olmadan həkimə baş çəkməsini qadağan edib

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin hakimiyyət orqanları qadınların kişilərin müşayiəti olmadan vilayətin bir neçə bölgəsindəki tibb müəssisələrinə getməsinə qadağa qoyub.

Tacxeber.com xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti məlumat yayıb.

Müvafiq qərar Nanqarharın doqquz rayonunda qüvvəyə minib. Sənədi məscidlərin imamları da qəbul edib və onlar məlumatı sakinlərə yayacaqlar.

Bundan əvvəl noyabrın 10-da “Taliban” hökuməti qadınların Əfqanıstan paytaxtında ictimai parklara girişini qadağan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Putinin Türkiyəyə səfəri yubadılır – Səbəb nədir?

admin

İstanbul “Avropanın Ən Arzuolunan Şəhəri” seçilib.

admin

“Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi xəbəri yalandır”

redaktor