Dünya

“Bunu edə bilməsək ələbaxımlılıq aradan qalxmayacaq” – Sahil Babayev

Biz aktiv məşğulluğu təmin etmədən ələbaxımlılığı aradan qaldıra bilməyəcəyik.

Tacxeber.com  xəbər verir ki, bunu əmək və əhalinin sosial sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nazirlik aktiv məşğulluğ proqramlarını genişləndirməklə həm ələbaxımlılığı, həm də işsizliyi aradan qaldırmağı planlaşdırır.

“Son 4 ildə 400 min  civarında insanı aktiv məşğulluğa cəlb etmişik. İldə 15-20 min insanı aktiv məşğulluğa cəlb edə bilmişik”, – nazir qeyd edib.

O əlavə edib ki, ildə 90-100 min insan aktiv məşğulluq proqramlarında iştirakla bağlı müraciət edir.

Nazir onu da deyib ki, sosial müdafiə fondunun büdcədən transferi azaldılıb.

“Əgər əvvəllər bu 38 faiz təşkil edirdisə, indi bu 20-21 faizə enib. Yəni dövlət büdcəsindən asılılıq azalıb”, – nazir bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Siyasi mühacir Azərbaycanın sorğusu əsasında Avropada saxlanılıb.

admin

Dünyada cəmi 75 nəfərdə olan xəstəlik: İnsanları şeytan simasında görür – VİDEO

redaktor

Türkiyə mühəndislərindən müdhiş YENİLİK: Yerli radar sistemləri bütün hava məkanını 24 saat izləyəcək

redaktor