12 C
Bakı
23 Aprel 2026 09:32
Dünya

Əhmədov: Narkotiklərin 95 faizi bu ölkədən gətirilir

Bu ilin on ayı ərzində xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib.

Tacxeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bu, ilk növbədə, Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.

Tacxeber.com

Oxşar xəbərlər

Qalib kim olacaq: İsrail, yoxsa HƏMAS? – Ekstrasens

admin

Tarixin ən zəngin boksçusu müflis oldu

redaktor

Tbilisidə vəziyyət GƏRGİNDİR: Seçkilərin yenidən keçirilməsi tələb olunur – FOTO/VİDEO

redaktor