12 C
Bakı
27 Mart 2026 00:20
Kriminal

Səbaildə ata 2 yaşlı oğlunu bıçaqlayıb

https://operativmedia.az/storage/posts/956e90b171.jpg

Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı bağlı polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən “Operativ Media”ya bildirilib ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

“Xutor”da növbəti əməliyyat – Saxlanılanlar var

admin

Rusiya kəşfiyyatı Azərbaycan vətəndaşlarını “verbovka” edərək Ukraynada bu hadisəni törətdirdi.

admin

Qubad İbadoğlunun bağ evi qarət olunub – ÖZƏL / VİDEO

admin