19 C
Bakı
10 Oktyabr 2026 20:24
Siyasət

Vasif Talıbov YAP-ın yubileyinə qatılmadı – Nə baş verir?

Vasif Talıbov YAP-ın yubileyinə qatılmadı - Nə baş verir?

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötməsi münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirə YAP üzvləri ilə yanaşı, digər partiyaların sədrləri də qatılıblar.

Tacxeber.comxəbər verir ki, Bakupost.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov isə tədbirə qatılmayıb.

İctimai fəal Bəxtiyar Hacıyev, o cümlədən jurnalist Heydər Oğuz yazıb ki, Vasif Talıbov partiyanın yubileyinə qatılmaq üçün Bakıya gəlib, lakin onu qapıdan içəri buraxmayıblar.

Son vaxtlar Vasif Talıbovun başını “qara buludlar”ın aldığı, hətta Naxçıvanın muxtar respublika statusunun ləğv ediləcəyi ilə bağlı xəbərlər tirajlanır. Bu səbəblə onun yubiley tədbirində görünməməsi diqqət çəkib.

Tədbirdə Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də iştirak etməyib.

Qeyd edək ki, Bakupost.az saytı bu məsələ ilə bağlı araşdırmaya başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

redaktor

Zelenski Vaşinqtonu sərt tənqid etdi

redaktor

Trampı belə aşağılayan olmamışdı: Zelenski ABŞ prezidentinə müharibə elan etdi

redaktor