29 C
Bakı
13 Avqust 2025 13:23
İqtisadiyyat

Nazirlik Kukla Teatrında yoxlamalar aparır – RƏSMİ

Nazirlik Kukla Teatrında yoxlamalar aparır -

Metbuat.az-ın sorğusuna cavab olaraq Nazirlikdən bildirilib ki, yayılan məlumatlar doğrudur. Adıçəkilən teatırda xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Nəticəsi barədə məlumat veriləcək:

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür. Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb. Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək”, – deyə bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Xaricdən kiloqramını 5 manata aldığımız ət Azərbaycanda niyə 12-13 manata satılır? – AÇIQLAMA

redaktor

Azərbaycanda süni UN BÖHRANI yaratmaqda kimlər maraqlıdır? – REAL VƏZİYYƏT

redaktor

Dünyanın ən bahalı 10 domeni qiymətlərinə DİQQƏT

admin